SON XƏBƏRLƏR

"İran asanlıqla bizim regiona nüfuz edib"-Konqresmen Baydeni tənqid etdi

2023.06.17, 15:47
"İran asanlıqla bizim regiona nüfuz edib"-Konqresmen Baydeni tənqid etdi

Respublikaçı konqresmen Maria Oliviera Salazar Co Bayden iqtidarının Latın Amerikası ölkələri ilə bağlı siyasətini tənqid edib.

Gunaz.tv

Konqresmen deyib ki, Co Bayden hökumətinin aydın bir planı olmadığı üçün İran bu qitəyə ayaq açıb.

“Bayden iqtidarının zəif idarəçiliyi dünyanın ən pis oyunçularının heç bir əziyyət çəkmədən bizim yarımkürəmizə nüfuz etməsini mümkün edib"-Nümayəndələr Palatasının Qərb Yarımkürəsi İşləri üzrə Alt Komitəsinin sədri Salazar belə deyib.

Onun fikrincə, İran prezidenti İbrahim Rəisinin Venesuela, Nikaraqua və Kubaya səfəri ABŞ-ın siyasətinin tam iflasa uğradığını göstərir. 

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi bir müddət öncə Latın Amerikası ölkələrində rəsmi səfərdə olub.

O, Venesuela, Nikaraqua və Kuba ilə müxtəlif anlaşmalar imzalayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar