SON XƏBƏRLƏR

Ermənilər Araz çayını radioaktiv maddələrlə çirkləndirir

2023.06.19, 12:30
Ermənilər Araz çayını radioaktiv maddələrlə çirkləndirir

Araz çayı Ermənstan tərəfindən radioaktiv maddələrlə və ağır metallarla çirkləndirilir.

Gunaz.tv

İranın “Pəyam Şoma” rəsmi qəzeti bildirib ki, bunu beynəlxalq və Avropa İttifaqı ekspertlərinin rəyləri də təsdiqləyir.

Məlumatda qeyd olunur ki, qurğuları köhnəlmiş Metsamor Atom Elektirik Stansiyası (AES) da ətraf mühitə ciddi ziyan vurur.

Araşdırmaya əsasən müəssisədən Araz çayına kəskin toksik maddələr axıdılır.

“Çirklənmə var və artıq inkar olunmazdır. Ermənistanla konkret müqavilə və icra zəmanəti olmadığına görə problem həll edilməmiş qalır”- qəzet yazıb.

Bu faktlar bəzi dövlət  qurumları və universitelər tərəfindən təsdiqlənib. Lakin bəzi rəsmilər problemi inkar etməyə çalışırlar.

“Araz çayının suyunda radioaktiv maddələrin icazə verilmiş həddən çox olması müşahidə olunmayıb”- Bölgə Su Cəmiyyətinin Ətraf Mühit və Su Resurslarının Keyfiyyəti Qrupunun sədri Şahram Xücəstə belə deyib.

İranın Sərhəd Araşdırmaları Tədqiqat Mərkəzi də öz hesabatında problemi qabardıb.

“Araz çayının suyundan yaranmış qida borusu, mədə, dəri xərçəngi və qaraciyər xəstəliklərinin miqdarı Azərbaycan sərhəd bölgələri sakinlərində kəskin artıb.

Bu problemlə bağlı hər iki ölkə-Ermənistan və İran ciddi tədbir görməlidir. Çünki dövlət xalqın sağlamlığına məsuliyyət daşıyır”-araşdırma mərkəzi bildirib.

Qeyd edək ki, Araz çayı Azərbaycan Respublikasında Kür çayına tökülür və çayın çirkləndirilməsi Quzey Azərbaycanın ətraf mühiti üçün də böyük təhlükə mənbəyidir.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar