SON XƏBƏRLƏR

Ağdamda kütləvi məzarlıq aşkar edilib - FOTO

2023.06.19, 13:16
Ağdamda kütləvi məzarlıq aşkar edilib - FOTO

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib.

Gunaz.tv

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkar edilən məzarlıqda dörd insanın qalığının olması ehtimal edilir.

Baş Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıq barədə məlumat yayıb.

Məlumatda deyilir ki, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentləri aşkar edilib.

Fakt üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır. (azvision.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar