SON XƏBƏRLƏR

İranda saxta araq 12 can aldı: zəhərlənənlərin sayı artıb

2023.06.19, 14:50
İranda saxta araq 12 can aldı: zəhərlənənlərin sayı artıb

İranın Əlbörz əyalətində saxta içkilərdən zəhərlənənlərin sayı 155 nəfərə yüksəlib, 12 nəfər isə ölüb.

Gunaz.tv

Bu barədə iyunun 19-da Əlbörz Universitetinin rektoru Şahram Səyyadi açıqlama verib. 

Onun sözlərinə görə zəhərlənənlərdən 5-i xəstəxananın təcili yardım şöbəsinə yerləşdirilib. Xəstələrdən 3-ü tənəffüs aparatına qoşulub. 

Qeyd edək ki, islam qanunlarına əsasən İranda spitrli içki qadağandır.

Bu üzdən insanlar əldəqayırma içkilərdən istifadə edir. 

Bu da kütləvi zəhərlənmələrlə nəticələnir. Saxta içkilərdən istifadə edən bəzi insanlarda görmə qabiliyyəti zəifləyir.

Bəzilər hətta kor olur.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar