SON XƏBƏRLƏR

İranın Xarici İşlər naziri ərəb ölkələrinə səfərə gedib

2023.06.20, 13:50
İranın Xarici İşlər naziri ərəb ölkələrinə səfərə gedib

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Dohada yüksək rütbəli vəzifəlilərlə danışıqlar aparmaq məqsədi ilə Qatara səfər edib.

Gunaz.tv

Bu barədə İranın rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, görüşlərdə sanksiyaların qaldırılması ilə əlaqəli məsələlər və buna oxşar problemlər müzakirə olunacaq.

Nazirin sonra Omana gedəcəyi bildirilir.

Xatırladaq ki, Amerika rəsmiləri İranın nüvə proqramı barədə bu ölkə ilə danışıqların olduğunu rədd edir.

Ancaq məhbusların mübadiləsi barədə dolayı danışıqların olunduğunu bildirirlər.

Amerika həmçinin bildirib ki, İran bölgəyə və dünyaya bir təhdid olduğu üçün bu ölkənin nüvə silahı əldə etməsinə yol verilməyəcək.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar