SON XƏBƏRLƏR

İranda dərman qıtlığı məmurlar arasında qarşıdurmalara səbəb olub

2023.06.20, 14:36
İranda dərman qıtlığı məmurlar arasında qarşıdurmalara səbəb olub

İranda dərman böhranının dərinləşməsi ilə etirazlar artıb. Bu arada İran parlamentinin başçısı Məhəmməd Baqir Qalibaf ölkədə dərman qıtlığı olmadığını deyib.

Gunaz.tv

Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Parlamentin spikeri dərmanların gömrük depolarında saxlanıldığını, bu üzdən süni qıtlıq yarandığını söyləyib.

 İran parlamentinin üzvü Salman İshaqi hökumətin dərman qıtlığının aradan qaldırılacağı ilə bağlı verdiyi vədlərin özünü doğrultmadığını bildirib.

"Dərman qıtlığı və qiymət artımından sonra indi də tibbi ləvazimatların qiymətinin artımının şahidi olduq",- o, qeyd edib.

Parlamentin sosial komissiyasının üzvü Əli Babayi də transplantasiya edilən xəstələr, hemofiliyalılar və xüsusi xəstələr üçün dərman təminatında problemlərin olduğunu söyləyib.

"Ölkədə 200-dən çox növ dərman çatışmır. Yerli istehsalı gücləndirmək üçün xaricdən dərman idxalı dayandırıldı.

Ancaq yerli şirkətlərə dəstək verilmədiyi üçün bu iş alınmadı",- Babayi bildirib.

Qeyd edək ki, ölkədə dərman qıtlığı yaşansa da hökumət Rusiya və Venesuelaya dərman ixrac edir.

Bu isə tibb işçiləri, əczaçılar və xəstə yaxınlarının etirazına səbəb olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar