SON XƏBƏRLƏR

Kremldən Ukrayna açıqlaması: "Putin təmaslara açıqdır"

2023.06.20, 14:56
Kremldən Ukrayna açıqlaması: "Putin təmaslara açıqdır"

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Putin Afrika nümayəndə heyəti ilə məhsuldar dialoq aparıb və bu dialoq davam edəcək.

"Görürsüz ki, Prezident Putin dialoqa, təmaslara açıqdır, şənbə günü Afrika nümayəndə heyəti ilə çox məhsuldar dialoq baş tutdu və bu dialoq davam edəcək, məsələnin digər tərəfi də bu cür danışıqların potensial təsiridir.

Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit zəmin yaratmır", deyə Peskov vurğulayıb. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar