SON XƏBƏRLƏR

Təbrizə içməli suyun verilişi dayandırılıb

2023.06.22, 15:09
Təbrizə içməli suyun verilişi dayandırılıb

Təbrizin bir neçə məhəlləsində günlərdir içməli su yoxdur.

Gunaz.tv

Bu barədə paylaşım edən sosial media istifadəçiləri içməli suyu mağazalardan və kənardan su gətirən tankerlərdən aldıqlarını yazıblar.

Onların bildirdiyinə görə, şəhərin Yusufabad, Abbasi, Bağmeşə və başqa bir neçə məhəlləsində içməli suyun veriləcəyi ilə bağlı yerli məsulların vədləri yalan çıxıb.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb.

Son günlər Təbriz-Sofyan arasında yerləşən kəndlərdə su çatışmazlığı ilə bağlı çox saylı məlumatlar yayılıb.

Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar