SON XƏBƏRLƏR

Konqres Bayden iqtidarını İranla bağlı sorğuya çəkmək istəyir

2023.06.23, 12:00
Konqres Bayden iqtidarını İranla bağlı sorğuya çəkmək istəyir

Amerikanın Nümayəndələr Palatasında Bayden iqtidarının yüksək vəzifəlilərinin İranla məxfi nüvə anlaşması ilə bağlı izahat üçün sorğuya çəkilməsi tələb edilib.

Gunaz.tv

Bu barədə qurumun respublikaçı üzvləri məsələ qaldırıb.

“The Washington Free Beacon” internet səhifəsinin yazdığına görə,  respublikaçı deputatlar İran işləri üzrə Amerika nümayəndəsi Robert Molinin və Ağ Evin Milli Təhlükəsizlik müşavirinin köməkçisi Bret Mkqurkın açıq toplantıda sorğulanmasını istəyib.

“Baydenin diplomatları qanunsuz olaraq İranın terrorçu rejiminin sərəncamına milyardlarla dollar vəsait ödəniləcək razılaşma əldə etmək istəyir.

Onlar İranla razılaşmada hansı bəndləri yerləşdirildiyi və ayətullahlara nə qədər vəsait göndərəcəkləri barədə Konqresin və Amerika xalqının məlumatlı olmasını istəmirlər”- Konqresdə Cümhuriyyətçilərin Araşdırma Komitəsi iyunun 22-də yaydığı məlumatda bildirib.

“Konqresin hər iki partiyası İranla yeni razılaşmanı təsdiqləməyəcəklər. İndiki durumda zəyif mövqedə olan İranın terrorçu rejimini qurtarsaq iranlıların “Qadın, Yaşam, Azadlıq” şüarına və iranlı qadınlara xəyanət etmiş olarıq”- Komitənin sədri Co Vilson bildirib. 

Komitə həmçinin Konqresin Bayden Administrasiyasının "İranla Nüvə Sazişinə Baxış Qanunu" pozulub-pozulmadığını araşdırmasını tələb edib. 

“Free Beacon” internet səhifəsi həmçinin məlumatlı rəsmilərə istinadən bildirib: “İranla ehtimal olunan yeni anlaşama Konqresin üzvlərinə nəzarət icazəsi verən qanunları aşmaq tərzdə tərtib olunub”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar