SON XƏBƏRLƏR

İranda daha iki etirazçı tələbə universitetdən qovuldu

2023.06.23, 11:42
İranda daha iki etirazçı tələbə universitetdən qovuldu

İranda etirazçı tələbələrə qarşı təzyiqlər davam edir.

Gunaz.tv

Tələbə Hərəkatı fəallarının verdiyi məlumata görə, daha iki tələbə Tehranın Xarəzmi Universitetindən qovulub.

Universitetin İntizam Komitəsinin qərarı ilə Sımin Nisari və Səba İskəndəri adlı qız tələbələrin təhsili dayandırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar