SON XƏBƏRLƏR

İran və BƏƏ arasında əməkdaşlıq sazişi imzalanıb

2023.06.23, 12:16
İran və BƏƏ arasında əməkdaşlıq sazişi imzalanıb

İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb.

Gunaz.tv

Bu, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın BƏƏ-ə səfəri çərçivəsində reallaşıb.

Sazişi Əmirliyin Mülki Aviasiya Təşkilatının rəhbəri Saif Mohammad Al Suvaidi və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmməd Bəxşi imzalayıb.

"Müqavilə iki ölkə arasında ticarət və daşıma sahəsində yeni imkanlar yaradır",- müqavilənin imzalanması mərasimində Əmirliyin Mülki Aviasiya Təşkilatının rəhbəri deyib.

Qeyd edək ki, Hüseyn Əmir Abdullahiyan bir müddət əvvəl Oman, Qətər və Küveytdən sonra Körfəz ölkələrinə səfəri zamanı Əmirliyin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla Əbu-Dabidə görüşüb.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar