SON XƏBƏRLƏR

"Ölkənin bölünməsinə imkan verməyəcəyik"-Putin xalqa müraciət etdi

2023.06.24, 11:16
"Ölkənin bölünməsinə imkan verməyəcəyik"-Putin xalqa müraciət etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə yaranmış vəziyyətlə bağlı xalqa müraciət edib.

Gunaz.tv

Dövlət başçısı qiyam qaldırmış "Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojini “satqınlıqda” ittiham edib.

Prezident bildirib ki, ölkənin 1917-ci ildə olduğu kimi qardaş qırğınına və bölünməsinə imkan verilməyəcək. 

Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".

Vladimir Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə və xalqa vurulan zərbə və satqınlıq adlandırıb:

"Hərbi qiyamı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən bir Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".

O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini deyib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar