SON XƏBƏRLƏR

"Putin bizi nüvə silahı ilə qorxuda bilməyəcək" - Stoltenberq

2023.06.26, 14:53
"Putin bizi nüvə silahı ilə qorxuda bilməyəcək" - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə verdiyi açıqlamada Rusiya liderinin nüvə təhdidlərindən danışıb.

Gunaz.tv

"Həftə sonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir"- "Ukrinform"a istinadən xəbər verir ki, Yens Stoltenberq Vilnüsdə belə deyib.

"Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.

Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar