SON XƏBƏRLƏR

"Hökumət xalqın əsas ehtiyaclarını ödəyə bilmir"-Təbrizin millət vəkili

2023.06.27, 10:46
"Hökumət xalqın əsas ehtiyaclarını ödəyə bilmir"-Təbrizin millət vəkili

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi İbrahim Rəisi hökumətini sərt tənqid edib. O, bildirib hökumət verdiyi vədləri yerinə yetirməkdə acizdir.

Gunaz.tv

Millət vəkili bu barədə İranın "Ruydad 24" xəbər saytına müsahibəsində bildirib.

"Hökumət verdiyi vədləri və vətəndaşların ilkin ehtiyaclarını təmin etməyə qadir deyil. Belə olan halda məsuliyyət qəbul edib və problemi həll edə bilmədiyini etiraf etmək əvəzinə daha sərt cəza tədbirləri tətbiq edir",- millət vəkili qeyd edib.

Prezident seçkiləri öncəsi İbrahim Rəisinin 1 milyon mənzil tikintisi barədə verdiyi vədləri xatırladan Əlirzabeygi bunun seçki kampaniyası zamanı səs toplamaq üçün verilən əsassız şüar olduğunu bildirib.

"Mənzil məsələsi vətəndaşların ən böyük probleminə çevrilib və onların qazanclarının əsas hissəsi mənzil borcu ödəmək və ya kirayə üçün sərf olunur.

Mənzil qiymətləri dəhşətli dərəcədə bahalaşıb. Hökumət verdiyi vədləri yerinə yetirə bilmir",- millət vəkili hakimiyyəti vətəndaşları aldatdığını söyləyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar