SON XƏBƏRLƏR

Putin Qazaxıstana səfər edəcək

2023.06.27, 12:30
Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək. Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.

Gunaz.tv

Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlaraq deyib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb: 

“Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir.

Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, - deyə Tokayev vurğulayıb. (trend)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar