SON XƏBƏRLƏR

Moldova MDB PA-dan çıxır

2023.06.27, 16:34
Moldova MDB PA-dan çıxır

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.

Gunaz.tv

Bunu Moldova parlamentinin spikeri İqor Qrosu deyib.

Onun sözlərinə görə, ölkə artıq MDB PA-nın tərkibindən çıxmaq proseduruna start verib və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:

“Təbii ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim edilib, nəticəsini gözləyirik.

Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq”, - deyə Qrosu bildirib.

“İstəyirik ki, mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna kimi MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verək”, - spiker əlavə edib. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar