SON XƏBƏRLƏR

Amerika Konqresinə İranla bağlı qətnamə təqdim olunub

2023.06.28, 09:16
Amerika Konqresinə İranla bağlı qətnamə təqdim olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü İran əleyhinə qətnamə hazırlayıb.

Gunaz.tv

Onlar quruma Amerikanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər cür vasitə ilə öhdəliyini davam etdirdiyini vurğulayan ikipartiyalı qətnamə təqdim edib.

Qətnamə Respublikaçıların nümayəndəsi Maykl Makkol və Demokratlar Partiyasının nümayəndəsi Bred Şnayderin təşəbbüsü ilə hazırlanıb.

Sənəddə İranın nüvə silahına yiyələnməsi regionun və dünyanın təhlükəsizliyi üçün qəbuledilməz təhdid adlandırılır.

Həmçinin Amerikanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müttəfiqlərinin və tərəfdaşlarının fəaliyyət azadlığına dəstəyini vurğulayıb.

Qətnamədə xəbərdarlıq edilib ki, İslam Respublikası uranı 60%-ə qədər zənginləşdirməyə davam edir və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri də yanvar ayında Fərdo obyektlərində 83,7 konsentrasiyası olan zənginləşdirilmiş uranın izlərini aşkar ediblər.

Nümayəndələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun yanvarda, ABŞ-ın Birləşmiş Qərargah Rəislərinin isə martda verdiyi bəyanatlara əsasən, İslam Respublikasında atom bombası yaratmaq üçün kifayət qədər nüvə yanacağı olduğuna diqqət çəkiblər.

"İran nüvə sahəsində də təhlükəli və geri dönməz biliklərə nail olub. İran nüvə silahına yiyələnməsi qəbuledilməzdir və bu ölkə heç bir şəraitdə nüvə silahı əldə etməməlidir"- qətnamədə bildirilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar