SON XƏBƏRLƏR

Məsləhət Şurasının səlahiyyətlərinin artırılması etiraz doğurdu

2023.06.28, 12:49
Məsləhət Şurasının səlahiyyətlərinin artırılması etiraz doğurdu

İran da Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı təşəbbüslər ciddi müqavimətlə üzləşib.

Gunaz.tv

İranda islahatçı Etimad Milli Partiyasının sözçüsü Məhəmməd Sadıq Cavadi Hisar bu qurumun səlahiyyətlərinin artırılmasını “Ana Yasanı aşmaq” adlandırıb.

“Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurasının səlahiyyətlərinin artırılması hətta qanun layihəsi formasında olsa belə yanlışdır. 

Ana Yasanın 9-cu maddəsində deyilir: Xalqın təməl hüquqlarını ondan alan hər hansı bəhanə ilə qanun qərara alınması yolverilməzdir.

Fərq etməz, belə qanunlar istər təhlükəsizlik bəhanəsi və yaxud siyasi, strateji və sair bəhanələrlə qərara alınması mümkün deyil”-Məhəmməd Sadıq Cavadi Hisar belə deyib.

Məhəmməd Sadıq Cavadi Hisar bildirib ki, sözügedən qurum xalqın hüquq və azadlıqlarını pozan və məhdudlaşdıran qanun çıxararsa, bu, Ana Yasaya ziddir.

O, həmçinin bildirib ki, xalqın öz sosial və siyasi, o cümlədən seçilmək və seçmə hüquqlarına təzyiq göstərən qanunlar da Konstitusyaya uyğun deyil.

"Müəyyənləşdirmə Qurumu səlahiyyətlərini özünün vasitəsi ilə və öz xeyrinə artıra bilməz. Məclis də Məsləhət Şurasının səlahiyyətlərini qanunlardan kənar artırmaq qərarı verə bilməz.

Onlar qanun çıxarsalar belə xalqın iradəsi qarşısında təslim olmaqdan başqa çarələri qalmayacaq”-Cavadi Hisar belə deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar