SON XƏBƏRLƏR

İran müxalif təşkilata qarşı təzyiqləri gücləndirir

2023.06.28, 14:16
İran müxalif təşkilata qarşı təzyiqləri gücləndirir

İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri Tehran hökumətinin ən qatı müxalifi sayılan Xalq Mücahidləri Təşkilatına qarşı 700 ittiham aktının hazırlandığını və onların cəzalandırılması üçün tezliklə beynəlxalq məhkəmənin keçiriləcəyini iddia edib.

Gunaz.tv

Bu təşkilatın Amerika və İsrailin dəstəyi ilə mövcudluğunu davam etdirdiyini bildirən baş prokuror iyunun 20-də Albaniya polisinin Xalq Mücahidləri Təşkilatının mənzil qərargahına hücumunu onlarn sonunun yaxınlaşması ilə əlaqələndirib.

Qeyd edək ki, Albaniya polisi iyunun 20-də bu ölkənin Manez şəhərində yerləşən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahına basqın edib.

Təşkilat üzvləri polis basqınına etiraz edib, onları içəri buraxmaq istəmədikləri üçün gərginlik yaranıb.

Gərginlik zamanı Əbdülvahab Fərəcinejad adlı təşkilat üzvü ölüb, 100 nəfər bibər qazından zəhərlənib və 70 nəfər həbs edilib.

Albaniya hökuməti İran Xalq Mücahidləri Təşkilatının kiber hücumlar həyata keçirdiyi üçün bu ölkə ilə təşkilat arasında 2014-cü ildə bağlanan müqaviləyə zidd davrandıqlarını iddia edib.

Xalq Mücahidləri Təşkilatı hadisə ilə bağlı bəyanat yayıb və Tirana hökumətinin əməlini beynəlxalq konvensiyalara və öhdəliklərə zidd olduğunu bildirib.

Xalq Mücahidləri Təşkilatı və bir sıra siyasi şərhçilər bildiriblər ki, Tehran rejiminə qarşı barışmaz mövqedə olan təşkilata qarşı hücumlar Amerika-İran arasında gizli danışıq və razəlaşmaların nəticəsidir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar