SON XƏBƏRLƏR

Təbrizli tələbə hərəkatının fəalı həbs edillib

2023.06.29, 11:23
Təbrizli tələbə hərəkatının fəalı həbs edillib

İyunun 28-də tə tələbə hərəkatının fəalı, təbrizli Armita Pavir təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Məlumata görə, təhlükəsizlik məmurları Təbriz Universitetinin tələbəsinin evinə basqın edib.

Onun həbsinin səbəbləri və nədə günahlandırıldığı barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi olan Armita Pavir bundan əvvəl 2022-ci il oktyabrın 31-də universitetin qarşısında həbs edilmişdi.

O, dekabrın 8-də 250 milyon tümənlik girov qarşısında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar