SON XƏBƏRLƏR

İxracatda Türkiyə İranı üstələyir-Statistika açıqlandı

2023.06.29, 12:20
İxracatda Türkiyə İranı üstələyir-Statistika açıqlandı

Tehran şəhəri Ticarət Palatası İran və Türkiyənin nəşr etdikləri ixracat statistikalarının müqayisəsini aparıb.

Gunaz.tv

Hesabatda iki ölkənin 21 mallar qrupu üzrə ixracatı araşdırılıb.

Müəyyən edilib ki, Türkiyə iqtisadiyyatının ümumi ixracatı mallar qrupunun çoxunda yuxarı olub. 

Lakin İranın ancaq 5 mallar qrupu üzrə ixracatı Türkiyəni üstələyir. Qəhvə, çay, orqanik kimyəvi məhsullar, gübrələr, qurşuğun və törəmələri, sink və törəmələri üzrə İran daha çox ixracat edib.

Bir sıra məhsullar üzrə İran Türkiyədən çox geri qalır. O cümlədən Türkiyə avtomobil və ehtiyat hissələri üzrə 26 milyard, İran isə cəmi 155 milyon dollar ixracat edib.

Türkiyə iqtisadiyyatında geyim sahəsində 34 milyard dollar , İran isə cəmi 673 milyon dollar ixracatı olub.

Statistikaya əsasən dərman sahəsində İranın ixracatı 104 milyon, Türkiyənin isə 25 milyard dollar olub.

Yekun olaraq neft və məhsulları çıxılmaq şərti ilə İranın ümumi ixracatı hardasa 33 milyard, Türkiyənin isə 222 milyar dollar olmaqla İran iqtisadiyyatını üstələyir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar