SON XƏBƏRLƏR

"İranın sabitliyi pozan davranışlarını məhdudlaşdırmağa çalışacağıq"-Ağ Ev

2023.06.29, 12:30
"İranın sabitliyi pozan davranışlarını məhdudlaşdırmağa çalışacağıq"-Ağ Ev

"İranla müvəqqəti nüvə sazişi və ya anlaşma ilə bağlı şayiələr yalan və çaşdırıcıdır". Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.

Gunaz.tv

"Birləşmiş Ştatlar diplomatik təzyiq, müttəfiqlər və tərəfdaşlarla sıx koordinasiya və İranda gərginliyi azaltmaq üçün tədbirlər yolu ilə İranın sabitliyi pozan davranışını məhdudlaşdırmağa diqqətini davam etdirəcək",- o qeyd edib.

ABŞ-ın İsrailin İran təhlükəsinə qarşı özünü müdafiə etməsi üçün qəti dəstəyini vurğulayan Vedant Patel Bayden administrasiyasının İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün tədbirlər görməyə hazır olduğunu bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçünün müavini İranda məhbus olan Amerika vətəndaşlarının geri qaytarılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb

Qyed edib ki, İranın Amerika vətəndaşlarını siyasi rıçaq kimi istifadə etmək üçün həbs etməsi yanlış hərəkətdir və qəddarlıqdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar