SON XƏBƏRLƏR

İranın neft ixracı artıb, gəlirləri isə azalıb

2023.06.29, 13:27
İranın neft ixracı artıb, gəlirləri isə azalıb

ABŞ Enerji İnformasiya Administrasiyasının yeni qiymətləndirməsi göstərir ki, İranın neft ixracı artsa da, bu ölkənin bu sahədəki gəlirləri azalıb.

Gunaz.tv

İyulun 29-də Administrasiyanın saytında dərc edilən hesabata əsasən, İranın neft və neft məhsulları ixracından əldə etdiyi ümumi gəlir, endirimlər və sanksiyalardan yayınma xərcləri istisna olmaqla, bu ilin ilk beş ayı ərzində cəmi 18 milyard dollar olub. 

Məlumata əsasən, bu rəqəmin bütün bu il üçün cəmi 44 milyard dollar olacağı gözlənilir.

Ötən il İranın neft və neft məhsulları ixracatından əldə etdiyi gəlir 54 milyard dollar olub.

ABŞ sanksiyalarından əvvəl İran gündə 2,5 milyon barel neft ixrac edirdisə, 2020-ci ildə bu rəqəm 320 min barrelə düşüb. 

Bayden hökumətinin işə başlaması və nüvə danışıqlarının canlandırılması ümidi ilə İranın neft ixracı artmağa başlayıb.

İxrac həcminin artmasına baxmayaraq, İranın neft gəlirlərinin azalmasının səbəbi beynəlxalq neft qiymətlərinin ötən illə müqayisədə kəskin şəkildə aşağı düşməsidir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar