SON XƏBƏRLƏR

"İranın mənzil bazarında ucuzlaşma yoxdur"-Ekspert rəsmiləri təkzib etdi

2023.06.29, 15:43
"İranın mənzil bazarında ucuzlaşma yoxdur"-Ekspert rəsmiləri təkzib etdi

"İranın mənzil bazarında sabitləşmə və qiymətlərin azalmağa doğru getməsi barədə iddialar həqiqətə uyğun deyil". Bu barədə əmlak məsələləri üzrə ekspert Beytulla Səttarian açıqlama verib.

Gunaz.tv

“Ölkə iqtisadiyyatında hansı müəyyən bir dəyişiklik olub ki, qiymətlər də dəyişməz qalsın və azalmağa doğru getsin?"- Beytulla Səttarian belə deyib.

Qeyd edək ki, İranın yol və şəhərsalma naziri bir müddət əvvəl ölkənin bəzi bölgələrində mənzilin 30 faiz ucuzlaşdığını iddia etmişdi.

Lakin nazir mənzillərin ölkənin hansı yerlərində və hansı səbəbdən ucuzlaşdığını əsaslandırmayıb. 

Digər tərəfdən statistikaya əsasən inflyasiyanın artması mənzillərin bahalaşmasına birbaşa təsir edib və ötən 2 ayda qiymətin artması müşahidə olunur.

Ekspertin fikrincə mənzil bazarında heç bir ucuzlaşma olmayacaq və kimsə qiymətin azalmağa doğru getdiyini iddia edərsə onu əsaslandıra bilməz.

"Hər kəs deyir ki, mənzil bahalaşıb, kirayə haqqı yüksəlib, lakin rəsmilər deyir ki, mənzil 30 faiz ucuzlaşıb. Nazir buna bir nümunə gəstərsin görək. Onun sözləri ilə kimsə razılaşa bilməz.

Qarşıdakı 6 ayda mənzil bazarında artım tendensiyası qalacaq.

Bütün özəl sektorun mənzil tikilişində potensial gücü ildə ortalama 400 min mənzildir. Ötən ildə isə bu rəqəm ildə 200 minə düşüb. Ölkədə 1 milyon mənzil çatışmır. Belə bir halda ucuzlaşma gözləmək olmaz”-deyə, ekspert bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar