SON XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Hazırda Talibanla problemimiz yoxdur"

2023.06.30, 14:35
İranın daxili işlər naziri: "Hazırda Talibanla problemimiz yoxdur"

İranın daxili işlər naziri Əhməd Vəhidi ölkənin şərq sərhədlərində sabitliyin bərqərar olduğunu iddia edib, O, "hazırda Talibanla heç bir problemimiz yoxdur" deyib.

Gunaz.tv

“Ölkənin şərq sərhədlərində sabitlik bərqərar olub, Əfqanıstanla ortaq sərhəddə vəziyyət sakitdir və hazırda Talibanla heç bir problemimiz yoxdur, biz müntəzəm olaraq danışırıq.

Ümid edirik ki, əfqanlar sərhəd idarəçiliyi və sərhəd mühafizəsinin bütün qayda və prinsiplərinə daha çox diqqət yetirəcəklər və bir daha belə halların şahidi olmayacağıq",- DİN başçısı bildirib.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ almasından sonra Taliban qruplaşmasının qüvvələri ilə Pakistan və İranın sərhəd qoşunları arasında silahlı toqquşmalar olub.

Sonuncu dəfə 27 may 2023-cü ildə Nimruz sərhəddində Taliban və İran sərhəd qüvvələri toqquşub.

2 İran əsgəri və bir Taliban üzvü həyatını itirib. Tərəflər bir-birini münaqişənin başlamasında ittiham etsə də, danışıqlar nəticəsində gərginliyə son qoyulub.

Taliban və İran arasında sərhəd münaqişələri ilə yanaşı hər iki tərəf Hilməndin su hüququ ilə bağlı gərginlik içərisindədir.

Taliban bölgədəki quraqlıq səbəbindən Hilmənd çayındakı bəndlərin suyunun səviyyəsinin azaldığını və nəticədə suyun İrana çatmadığını bildirir.

Tehran isə israr edir ki, Hilmənd çayının su səviyyəsinin qiymətləndirilməsi və vəziyyətin yerində öyrənilməsi üçün İranın texniki nümayəndə heyəti Əfqanıstana getməlidir. Taliban isə buna qarşı çıxır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar