SON XƏBƏRLƏR

Fransa Tehran müxalifətinin Paris mitinqinə icazə verdi

2023.07.01, 11:19
Fransa Tehran müxalifətinin Paris mitinqinə icazə verdi

Fransa Məhkəməsi iyulun 1-də Paris şəhərində keçirilməsi nəzərdə tutulan mitinqin qanuna zidd olmadığı barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə iyunun 30-u axşam saatlarında İran Milli Müqavimət Şurasının Katibliyi məlumat yayıb.

Mitinq İran Xalq Mücahidləri Təşkilatının təşəbbüsü ilə planlaşdırılıb və iyulun 1-i günortadan sonra Tehran rejiminə müxalif qüvvələrin iştirakı ilə baş tutacaq.

 Mitinq Paris şəhərinin Vuban meydanında keçiriləcək. Məhkəmə Paris fərmandarlığını bundan öncə mitinqə icazə vermədiyi və onun təxirə salınmasına səbəb olduğuna görə 1500 yevro cərimə edib.

 İran Milli Müqavimət Şurası məsələ ilə bağlı yaydığı bəyanatda Fransa Məhkəməsinin qərarını demokratiyanın qələbəsi adlandırıb.

"Son 40 il təcrübə göstərib ki, Tehran rejimi qarşısında hər hansı yumuşaqlıq göstərmək o rejimin dahada cəsarətlənməsinə, qəddarlaşmasına, edam və terrora daha çox meyillənməsinə səbəb olur",- Şuranın bəyanatında bildirilib.

Qeyd edək ki, bu İran hakimiyyətinin Xalq Mücahidləri Təşkilatının üzvlərinin ölkəyə qaytarılması cəhdləri ilə bağlı iddiaları və onlara qarşı təzyiqlərin artması ilə eyni vaxta təsadüf edir.

İyulun 1-də  İran Milli Müqavimət Şurasının Parisdə mitinq keçirməsinə icazənin verilməsi müxalifətin qələbəsi, Tehran hakimiyyətinin onlara qarşı başlatdığı kampaniyanın səmərəsizliyi kimi dəyərləndirilir.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar