SON XƏBƏRLƏR

"Tehranla əməkdaşlıq istənilən səviyyədə inkişaf etmir"-Qrossi

2023.07.01, 11:46
"Tehranla əməkdaşlıq istənilən səviyyədə inkişaf etmir"-Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bəyan edib ki, Tehran və agentlik arasında əməkdaşlıq istənilən səviyyədə və sürətlə inkişaf etmir.

Gunaz.tv

Qrossi nüvə sazişini imzalayan ölkələr arasında danışıqların dayandırıldığını, İranın nüvə proqramı ilə bağlı digər danışıqlar proseslərinin, o cümlədən İran və ABŞ arasında ikitərəfli təmaslar haqqında məlumatlı olduğunu deyib.

O, İran və Amerika arasında istənilən gərginliyin azaldılmasını alqışlasa da əlavə edib ki, bu iki ölkə arasında istənilən mümkün siyasi razılaşma agentlik tərəfindən texniki cəhətdən yoxlanılmalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru da İranın zənginləşdirilmiş uran ehtiyatlarının hələ də artmaqda davam etdiyini bir daha vurğulayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar