SON XƏBƏRLƏR

Belarusun xarici işlər naziri Azərbaycana səfər edəcək

2023.07.03, 14:16
Belarusun xarici işlər naziri Azərbaycana səfər edəcək

Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycana səfər edəcək.

Gunaz.tv

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar