SON XƏBƏRLƏR

İranlı etirazçı həbsdən buraxıldıqdan sonra intihar edib

2023.07.03, 16:16
İranlı etirazçı həbsdən buraxıldıqdan sonra intihar edib

İranın İlam şəhərindən olan ictimai fəal və etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilən Mehdi Sadiqi həbsxanadan buraxıldıqdan sonra intihar edib.

Gunaz.tv

Onun yaxınları və insan haqları müdafiəçilərinin bildirdiyinə görə, Sadiqi, ötən ilin oktyabr ayının 12-də "ictimai asayişi pozmaq" ittihamına görə, 6 ay həbs, 74 şallaq cəzasına məhkum edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulmuşdu.

Fəal həbsdən buraxıldıqdan sonra məruz qaldığı fiziki və psixi işgəncələr barədə açıqlama vermiş, ondan işgəncə altında saxta ittihamlar alındığını bildirmişdi.

Qeyd edək ki, son aylar İran həbsxanalarından buraxıldıqdan sonra 10-dan çox fəal, o cümlədən güneyli gənc qız Yəlda Aqafəzli və 16 yaşlı yeniyetmə Arşiya İmamquluzadə intihar edib.

İnsan haqları təşkilatları İran məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün onları təhqir etdiklərini, cinsi zorakılığa məruz qoyduqlarını və zorakılıq faktlarını lentə aldıqlarını bildirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar