SON XƏBƏRLƏR

İran Küveytin Əl–Dürrə neft yatağına iddialıdır

2023.07.04, 12:10
İran Küveytin Əl–Dürrə neft yatağına iddialıdır

Küveytin neft naziri Mirvari anlamında olan Əl-Düürə neft yatağı barədə İranın iddialarına və hərəkətlərinə qarşı çıxıb.

Gunaz.tv

Küveyt XİN həmçinin İranı dəniz sərhədlərinin müəyyənləşdirilməsi barədə danışıqlara başlamağa çağırıb.

Ölkənin Nazirlər Kabineti sədrinin müavini Səəd Əl-Bərak neft naziri, iqtisadi və investisiya işləri naziri Əl-Dürrə neft yatağının Küveytin və Səudiyyə Ərəbistanının ortaq resursları olduğunu bildirib.

Qeyd olunub ki, başqa bir olkənin ona heç bir hüququ yoxdur. 

Küveyt XİN-dəki rəsmi qaynaq iyulun 3-də vurğulayıb ki, qaz yatağı da yerləşən Əl-Dürrə dəniz sahəsi Küveytin bölgə sularında yerləşir.

"Onun doğal resursları da Səhdiyyə Ərəbistanı Krallığı və Küveyt ilə ortaqdır. 
Yalnız  Küveyt və Ərəbistan həmin yataqdakı resurslara eksklüziv hüquqa malikdirlər.

Biz dəniz sərhədlərinin müyəyənləşdirilmsəsi barədə İranı Küveyt və Səudiyyə ilə danışıqlara başlamağa çağırırıq”- Küveyt XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, Ərəbistanın “Aramko” neft şirkəti və Küveytin “Korfəzin Nefti” şirkəti 2022-ci ilin dekabrında iki ölkə arasında ortaq olan Əl-Dürrə neft yatağı barədə anlaşma imzalayıblar.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar