SON XƏBƏRLƏR

Qaşqay fəal müvəqqəti sərbəst buraxılıb

2023.07.04, 12:59
Qaşqay fəal müvəqqəti sərbəst buraxılıb

Qaşqayların milli fəallarından olan Əbülfəz Fətullah oğlu Kərəmi müvəqqəti sərbəst buraxılıb.

Gunaz.tv

Mayın 23-də Şiraz şəhərindəki şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilən qaşqay fəal 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, iyunun 3-də saxlanıldığı istintaq təcridxanasında Şiraz şəhərinin Adilabad həbsxanasının birinci bölməsinə köçürülmüşdü.

Kərəminin nədə ittiham olunduğu barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, son vaxtlar qaşqay fəallara qarşı təzyiqlər artıb.

Bir neçə fəal əsassız həbs edildikdən və dindirildikdən sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar