SON XƏBƏRLƏR

Türkiyə-Misir diplomatik əlaqələri səfir səviyyəsinə yüksəldi

2023.07.04, 13:45
Türkiyə-Misir diplomatik əlaqələri səfir səviyyəsinə yüksəldi

Türkiyə və Misir birgə bəyanat yayaraq siyasi əlaqələrin səfirlər səviyyəsinə yüksəldildiyini açıqlayıblar.

Gunaz.tv

Bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Buna əsasən, Saleh Mutlusen Türkiyənin Qahirədəki, Əmr əl-Hamami isə Misirin Ankaradakı səfiri təyin edilib.

Bəyanatda sözügedən qərarın iki ölkə prezidentlərinin fərmanına əsasən nəzərə alındığı vurğulanıb.

"Məqsəd iki ölkə xalqlarının maraqlarına uyğun olaraq münasibətləri normallaşdırmaq və genişləndirməkdir”,- bəyanatda bildirilib.

Qeyd edək ki, bu Tehran hökumətinin uzun illərdən sonra Misirlə diplomatik münasibətləri normallaşdırmaq səyləri ilə eyni vaxta təsadüf edir.

Bundan öncə Misiri islam dünyasına xəyanətdə və İsraillə əməkdaşlıqda ittiham edən İran hökuməti, Əli Xameneyinin tapışırığından sonra Qahirə ilə əlaqələr qurmağa başlayıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar