SON XƏBƏRLƏR

“Dövlət xəyanət edir, məclis himayə edir”-İranda etiraz aksiyaları keçirilib

2023.07.05, 12:30
“Dövlət xəyanət edir, məclis himayə edir”-İranda etiraz aksiyaları keçirilib

İranın bir neçə şəhərində sosial güzaranın ağır olmasına etiraz edən təqaüdçülər, müəllimlər, zavod fəhlələri və bank əməkdaşları aksiya keçirib.

Gunaz.tv

Dolanığışın ağır olmasına etiraz edən bank sisteminin işçiləri iyulun 4-də İran Məclisinin qarşısına toplaşıblar. Narazılar aidiyyati qurumların onların problemlərinin həllinə laqeyd yanaşdığını bildiriblər.

Fəhlələrin Azad Həmkarlar İttifaqından verilən məlumata görə, təhlükəsizlik qüvvələri aksiyanı dağıtmağa çalışıb. İntizam gücləri Tehranın "Baharistan" meydanında narazılara basqın edib.

Dehdəşt neft-kimya zavodunun ətrafında yerləşən kəndlərin sakinləri də müəssisənin giriş qapısında etiraz aksiyası keçirib.

Onlar da dolanışığın ağır olmasından şikayətləniblər. Narazılar deyib ki, zavodda işə yalnız bölgəni təmsil edən deputatının yaxınları qəbul edilir, yerli kadr potensialından isə istifadə olunmur. 

Azad Həmkarlar İttifaqı həmçinin bəyan edib ki, Həft Təpə Neyşəkər (Şəkər Qamışı) Şirkətinin ştatlı işçiləri Peşələrin Sinifləşdirilməsi Planın düzgün tətbiq olunmadığı bildiriblər.

Onlar sənədə yenidən baxılması tələbi ilə şirkətin ofisi qarşısında etiraz aksiyası keçirib. Narazılar şirkətin İnzibati İşlər Ofisinə daxil olaraq tələblərinə baxılmasını tələb ediblər.

Mitinq iştirakçıları bəyan edib ki, tələblərinə baxılmasa Əl-Əhvaz (Xozistan) İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək. 

Ərdəbil, Qəzvin, Kirmanşah, Fars, Kürdüstan əyalətləri təqaüdçüləri də etiraz aksiyalarına çıxıb.

Tələblərinə məhəl qoyulmadığını bəyan edən narazılar Sınandaş (Sənəndəc), Qəzvin, Məməsəni və Ərdəbil şəhərlərində Təqaüd Fondu binalarının qarşısında toplaşıblar.  

Etiraz aksiyalarında “dövlət xəyanət edir, məclis himayə edir”, “Təqaüdçü bağır, hüquqlarını çağır”, “həbs olunmuş müllimlər sərbəst buraxılmalıdır!”, “pulsuz təhsil İran övladının haqqıdır” və “ölərik, ölərik, zillətə baş əymərik” şüarları səsləndirilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar