SON XƏBƏRLƏR

İranda universitet müəllimi azadlıqdan məhrum edildi

2023.07.05, 12:52
İranda universitet müəllimi azadlıqdan məhrum edildi

İranda universitet müəllimi və siyasi məsələlər analitik Sadıq Ziba Kəlam 1 il azadlıqdan məhrum etmə cəzası verilib.

Gunaz.tv

Bu barədə Sadıq Ziba Kəlam özüzün "İnstaqram" səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, cəza ona qız məktəblərində kütləvi kimyəvi zəhərlənmə ilə bağlı yazısına görə verilib.

“Qız məktəblərinə zirvəyə çatmış kimyəvi hücumlar barədə ötən ilin mart ayında bu məzmunda yazı yazmışdım:

"1978-ci il inqilabında inanırdıq ki, şahlığın yerinə qurduğumuz yeni sistem Qərb humanizmindən, Şərq sosializmindən daha yüksəkdə duracaq. Bu, bəşəriyyətə yeni bir model olacaq.

Lakin o il kimsə bizə desəydi ki, sizin bu misli olmayan siseminizdə 44 il sonra kimlərsə qızları kimyəvi yolla zəhərləyəcək, buna inanmazdıq".

Tehranın prokuroru mənim bu tvitimi “yalan yaymaqla ümumi sosial düşüncəni iztiraba salmaq” kimi qiymətləndirib və əleyhimə cinayət işi açıb".

Sadıq Ziba Kəlam bildirib ki, iyunun 27-də Cinayət Məhkəməsinin 1057-ci şöbəsinin bu barədə iclası keçirilib.

"Mən özümü ittihamlar qarşısında müdaifə etsəm də, lakin hakim müdafiəimi rədd etdi.

Prokurorun həmin ittihamını sübut olunmuş bildi və mənə 1 ilədək azadlıqdan məhrum etmə cəzası verildi.

Hələ ki, bu qərara vəsatət qaldırmışam”-deyə, Ziba Kəlam bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar