SON XƏBƏRLƏR

İranda bir ailənin bütün üzvləri intihar edib

2023.07.06, 07:03
İranda bir ailənin bütün üzvləri intihar edib

İranın Loristan əyalətinin Durud şəhərində bir ailənin dörd üzvü intihar edib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Ailənin yaxınlarına istinadən bildirilir ki, yoxsulluq ucbatından ana özü və 3 övladını zəhərləyərək öldürüb.

Qeyd edək ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb və bu bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir.

Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır.

Bir müddət bundan öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama  25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar