SON XƏBƏRLƏR

Dörd bəhai ağır həbs cəzasına məhkum edildi 

2023.07.06, 10:44
Dörd bəhai ağır həbs cəzasına məhkum edildi 

Tehranın İnqilab Məhkəməsinin 36-cı bölməsi 4 bəhainin hər birinə qarşı 5 illik həbs cəzası barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə həbs edilənlərin ailələrinə yaxın mənbələr məlumat paylaşıblar.

Məlumatda Şadi Şəhidzadə, Mənsur Əmini, Vəliullah Qədəmiyan və Ətaullah Zəfər adlı şəxslər "ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün qanunsuz təşkilatlara üzv olmaq"da günahlandırılıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar