“Həmin sazişin “Gün Batan” adlı müvafiq bəndinə əsasən İranın ballestik raketlərinə sanksiya müddəti 18 oktyabr 2023-cü il tarixində bitəcəyini nəzərə alaraq bu barədə hansı hərəkətlər edəcəyimiz barədə saziş tərəfləri olaraq məsləhətləşirik.
Biz BMT-nin Təhlükəszilik Şurasının bu barədə qətnaməsi üzrə əməl edəcəyimiz öhdəliklərimiz var”- Vagner belə deyib.
Qeyd edək ki, Hərtərəfli Ortaq Hərəkətlər Planı adlanan nüvə sazişin “Gün Batan” adlı müvafiq bəndində İran öz ballistik fəaliyyətlərini inkişaf etdirməyəcəyi təqdirdə bu ölkəyə qarşı məhdudlaşdırmaların azaldılması nəzərdə tutulub.
Lakin İran həmin sazişin bu bəndini dəfələrlə kobudcasına pozub.
Taymaz