SON XƏBƏRLƏR

Ankara Stokholmdan NATO-ya üzvlüklə bağlı real addımlar gözləyir

2023.07.07, 11:20
Ankara Stokholmdan NATO-ya üzvlüklə bağlı real addımlar gözləyir

NATO müttəfiqləri terrorizmə qarşı prinsipial mövqe tutmalı və bir-birlərinə qarşı sanksiyalardan imtina etməlidirlər.

Gunaz.tv

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin NATO-ya üzv olması imkanlarını şərh edərkən deyib.

O qeyd edib ki, İsveç terrorla mübarizə qanunvericiliyinə dəyişiklik edib.

Lakin Türkiyə bu dəyişiklikləri həyata keçirilməsi üzrə İsveçdən konkret praktiki addımlar gözləyir.

H.Fidan vurğulayıb ki, Ankara Türkiyə-İsveç-Finlandiya arasında Üçtərəfli Memorandumun bütün bəndlərinin tam şəkildə həyata keçiriləcəyinə ümid edir. (trend)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar