SON XƏBƏRLƏR

BMT-də İranla bağlı araşdırma aparılması tələb edilib

2023.07.07, 11:38
BMT-də İranla bağlı araşdırma aparılması tələb edilib

Amerika və 3 Avropa ölkəsi BMT-nın toplantısında İranın PUA pozuntuları barədə araşdırma aparılmasını tələb ediblər.

Gunaz.tv

Tələb BMT-nin baş katibinin siyasi işlər müavinin 2231 nömrəli qətnamənin icrası ilə bağlı hesabatının dinlənilməsi iclasında səslənib.

Amerika, Britaniya, Fransa və Almaniya İranın PUA planlarını inkişaf etdirməsi barədə narahatlıqlarını bildirib, araşdırma aparılmasını istəyiblər.

Təhlükəsizlik Şurası da iyulun 6-da İranı nüvə proqramı və 2231 nömrəli qətnamənin icrası barədə əsaslandırma iclası keçirib.

Ssiyasi işlər müavinin hesabatında Hərtərəfli Ortaq Hərəkətlər Planı adlanan nüvə sazişinin durğunluğa tuş gəldiyini və onun icrasına qayıdış perspektivinin zəif olduğu bildirilib.

Amerikanın BMT-də elçisi Linda Tomas Qrinfild bu hesabatın “tam” olmadığını və İranın PUA pozuntularının hərtərəfli diqqətə alınmadığını bildirib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar