SON XƏBƏRLƏR

Almaniya kiber-hücumlar barədə xəbərdarlıq edib

2023.07.07, 12:35
Almaniya kiber-hücumlar barədə xəbərdarlıq edib

Almaniyanın İnformasiya Təhlükəsizliyi Federal İdarəsinin (BSI) direktoru Klaudiya Platner İranın, Rusiya və Çinin bu ölkəyə qarşı kiber həmələrinin artan təhlükələri barədə xəbərdarlıq edib.

Gunaz.tv

Platner Almaniyanın "Südeuç Tsyatunq" qəzetinə müsahibəsində ötən bir neçə ayda kibr həmlələrdən məqsədin “casusluq, sabitliyi pozmaq və infrasturkturlara nüfuz etmək” olduğunu deyib.

O, Rusiyanın Almaniyaya qarşı kiber həmlələrdə rolunun böyük olduğunu bildirib.

"Ölkəmiz Ukraynanı himayə edən bir güc olduğu üçün Moskvanın yönəldilməsində olan haker qruplarının maraq doğuran hədəfinə çevrilib”-deyə, o, bildirib.

Qəzetin mövzu ilə bağlı məqaləsində həmçinin cinayətkarların və Rusiyanın təhlükəsizlik xidmətlərinə bağlı haker qruplarının Qərbin infrasturkturlana qarşı əlbir olduğu vurğulanıb.

Qeyd edək ki, hakerlər cari ilin yazında Almaniyada 5800 külək turbinini hədəfə alıb və bu həmlələrdə Rusiyanın əli olduğu bildirilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar