SON XƏBƏRLƏR

İranda etiraz aksiyasında iştirak etmiş müəllim işdən qovulub

2023.07.07, 14:33
İranda etiraz aksiyasında iştirak etmiş müəllim işdən qovulub

İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində etiraz aksiyalarında iştirak edən müəllimlərdən biri İlahə Sadiqi işdən qovulub.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Narazı müəllim "sosial mediada din xadimlərini təhqir edən materialların paylaşımı"ında günahlandırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar