SON XƏBƏRLƏR

"Korrupsiya iqtisadiyyatın və cəmiyyətin belini qırıb"-İranlı iqtisadçı

2023.07.07, 15:40
"Korrupsiya  iqtisadiyyatın və cəmiyyətin belini qırıb"-İranlı iqtisadçı

"Əllamə Təbatəbai" Universitetinin müəllimi və iqtisadçı Fərşad Mömini ölkə iqtisadiyyatını geri salan amillərdən danışıb.

Gunaz.tv

“Hər hansı ölkənin məhkəmə hakimiyyətində korrupsiya və qeyri-şəffaflıq olarsa istisadiyyatın çiçəklənməsi çətindir.

Genişmiqyaslı korrupsiya iqtisadiyyatın və cəmiyyətin belini qırıb”- Fərşad Mömini belə deyib.

Onun sözlərinə görə, sələmçilik olan ökədə ədalətin reallaşması mümkün deyil:

"Maraqların toqquşması ölkə iqtisadiyyatını iflic edib. Qaydaların təyin edilməsi müəyyəin bir təbəqənin deyil xalqın mənafeyini üstün tutmalıdır. 

Şəxsi mənafe baxımından baxşı dəyişə bilsək, milli mənafeyi təmin edə bilərik. İnkişafın təməl prinsiplərini aşmamalıyıq. Ölkənin və iqtisadiyyatın genişmiqyaslı korrupsiya və dəllalıqla idarə olunması düzgün deyil".

Tanınmış iqtisadçı deyib ki, bu gedişlə İranı bataqlıqdan qurtarmaq mümkün deyil.

"İstehsalın artırılması bir prinsipdir və nəticədə işlə məşğulluq yaranır, bu isə boşboğazlıqla mümkün deyil. 

İqtisadiyyatın toxunulmazlığı və xalqın rifahı təmin olunmalıdır.

Sistemin quruluşuna yenidən baxılmalıdır”-deyə, iqtisadçı bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar