SON XƏBƏRLƏR

SEPAH-ın Yəmənə göndərdiyi silahlar müsadirə olunacaq

2023.07.08, 11:30
SEPAH-ın Yəmənə göndərdiyi silahlar müsadirə olunacaq

Amerika Ədliyyə Nazirliyi SEPAH-ın Yəmənə göndərdiyi silahların müsadirəsi barədə məhkəmə hərəkətinin başlandığını bildirib.

Gunaz.tv

Qeyd edək ki, bu, Amerikanın dəniz qüvvələri tərəfindən bölgə sularında 2021-ci ildən zəbt olunmuş silahlardır.

Nazirliyin Vaşinqtonun müvafiq məhkəməsində qaldırdığı və iyulun 6-da nəşr olunmuş şikayətində SEPAH-dan zəbt olunmuş 9 min tüfəng, 284 plemyot, 194 raketatan, tank əleyhinə yönəldilə bilən 70 raket və 700 mindən artıq mərminin müsadirə olunacağı bildirilir.

Amerikanın dəniz qüvvələri həmin silahları 4 əməliyyatla 2021 və 2023-cü illərdə yerli sularda bayraqsız kiçik gəmilərlə daşınarkən zəbt edib.

Bu barədə verilən bəyanatda silahların İran, Çin və Rusiyanın istehsalı oduğu bildirilir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar