SON XƏBƏRLƏR

"Güc siyasətinin mövcud olduğu dünyada yaşayırıq"-Borrel

2023.07.08, 14:32
"Güc siyasətinin mövcud olduğu dünyada yaşayırıq"-Borrel

"Avropa İttifaqı hərbi ittifaq və ya alyans deyil. Ona görə də biz hərbi gücdən istifadə edə bilmərik və ya haranısa işğal etmirik. Ancaq eyni zamanda biz qeyri-hökumət təşkilatı və ya sadəcə, yaxşı davranmaq, ticarət barədə moizələr oxuyan biri də deyilik". Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Dubrovnik Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Gunaz.tv

O bildirib ki, Aİ illər ərzində gücdən istifadə ideyasını rədd edib: “Çünki keçmişdə biz gücdən çox istifadə etmişik. Bizim mesajımız o olub ki, insanlar qanunun aliliyinə, prinsiplərə uyğun hərəkət etməlidir, amma yaşadığımız dünyada bu, kifayət deyil, çünki qaydalar və prinsiplər çoxunun vecinə deyil.

Çox insanlar təzyiqdən, hərbi gücdən istifadə etməyə hazırıdır. Və Ukraynada baş verənlər bunun sonuncu nümunəsidir. Buna görə də biz gücümüzü göstərən addımlar atmalı olduq. Məsələn, güc nümayişi o oldu ki, biz Rusiya qazından imtina etdik.

İllər ərzində biz bildirirdik ki, qarşılıqlı asılılıq yaxşıdır. Biz deyirdik ki, bu, hər iki tərəf üçün səmərəlidir, biz qaz alırıq siz isə satdığınız qazın əvəzində pul alırsınız. Ancaq nəticədə bu asılılıq təhlükəli hal aldı. Lakin bu asılılığı kəsərək gücümüzü göstərdik ki, biz başqa şeylər də edə bilərik".

Aİ-nin Ali Nümayəndəsi deyib ki, blok digər addımlar da atıb, məsələn dezinformasiya ilə mübarizə üçün mexanizm yaradılıb, Strateji Kompas qəbul edilib və s.

"Biz Rusiya qarşı indiyə qədər görünməmiş sanksiyalar və məhdudlaşdırıcı addımlar qəbul etdik və biz vasitələri istifadə etməyə davam etməliyik. Dünyadakı həmkarlarımıza göstərdik ki, biz də hərəkət edə bilirik və sizə qarşı da addımlar ata bilərik. 

Biz bu müharibədə Ukraynaya hərbi dəstək verdik. Mən bu təklifi irəli sürəndə insanlar “Siz ağılınızı itirmisiniz, biz müharibəyə qarışacağıq?" reaksiyası verdi. 

Biz bu müharibənin bir hissəsi deyilik, amma müharibədə olan tərəfə özünü müdafiə etməsi üçün yardım edirik. Bütün bunlar Aİ-də struktural dəyişikliklərdir. Biz güc siyasətinin olduğu dünyada belə olmalıyıq, bəyənsək də, bəyənməsək də biz güc siyasətinin mövcud olduğu dünyada yaşayırıq.

İkinci sual odur ki, indi biz Çin qarşısında gücümüzü necə balanslaşdırmalıyıq. Bu elə bir haldır ki, indi Aİ özünü necə geosiasi güc olduğunu göstərəcək", Borrel əlavə edib. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar