SON XƏBƏRLƏR

İranın hakerləri Amerikanın nüvə mütəxəsislərini hədəfə alıb

2023.07.08, 15:02
İranın hakerləri Amerikanın nüvə mütəxəsislərini hədəfə alıb

İran dövlətinə bağlı hakerlər Amerikada nüvə sahəsi mütəxəssislərini və Orta Şərq üzrə ekspertləri hədəfə alıb.

Gunaz.tv

Bu barədə “Proofpoint” Kiber Təhlükəszilik Şirkəti tədqiqatçılarının nəşr etdirdiyi hesabatda bildirilir.

Hesabatda İran dövlətinə bağlı “Ürək Oxşayan Pişik Balaları” haker qrupunun “sona çatmayan casusluq cəhdləri” qeyd edilir.

Tədqiqatçıların tapıntılarana əsasən “Nanəli Qum Fırtınası” (Mint Sandstorm) adı ilə də tanınan “Ürək Oxşayan Pişik Balaları” (Charming Kitten) haker qrupu bu həmlələr üzrə məsuliyyət daşıyır və çoxlu faktlara istinadən bu hakerlər SEPAH-a bağlıdır. 

Onlar etibarlı ekspertlərin kimliklərini öz xeyrlərinə saxtalaşdırmaqla qurbanlarını tələyə salaraq məlumat toplamaq istəyiblər. 

Xarici məsələlər sahəsində araşdırma aparan və nüvə sahəsində bir ekspert cari ilin may ayında “Royal United Services Institute”da fəaliyyət göstərən öz yüksək vəzifəlisindən saxta e-mail alıb.

E-maildə ondan istənilib ki, “Dünya Təhlükəsizliyi üzrə İran” adlanan bir layihə barədə fikrini bildirsin. Hakerlər bu yolla virusu faylı göndərməklə ondan casusluq etmək istəyiblər. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar