SON XƏBƏRLƏR

Zəncanın əl işi sənayesi yox olmaq üzrədir

2023.07.10, 11:06
Zəncanın əl işi sənayesi yox olmaq üzrədir

Zəncan şəhərinin əsas əl işi nümunələrindən olan və İranla yanaşı başqa ölkələrdə də məşhurlaşan Zəncan bıçağı sənayesi yox olmaq üzrədir.

Gunaz.tv

Bu barədə Zəncan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı məlumat yayıb.

Məlumatda xaricdən ölkəyə bıçaq idxalının artması nəticəsində bölgənin ən əsas əl işi olan Zəncan bıçağının kölgədə qaldığı bildirilib.

Bununla yanaşı bu işlə məşğul olanlara yetərli şərayitin yaradılmaması, onlara dəstək verilməməsinin də bu əl işinin rövnəqdən düşməsində əhəmiyyətli dərəcədə rol oynadığı qeyd edilib.

"Bu sahənin dirçəldilməsi və yenidən canlandırılması üçün əyalətdə bir günü "Zəncan bıçağı günü" kimi elan etməyi planlaşdırırıq. Ancaq problemin həlli üçün dövlətin dəstəyi vacibdir",-   Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatıın məlumatında bildirilib.

Qeyd edək ki, hazırda Zəncanda 700 sexdə 1500-dən çox sənətçi Zəncan bıçağı istehsalı ilə məşğul olur.

Bundan öncə bu saə ilə məşul olanların sayı minlərlə olsa da, onların fəaliyyəti üçün dəstək verilməiyinə görə sənətçilərin sayı günü-gündən azalmaqdadır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar