SON XƏBƏRLƏR

"İranda 20 milyon yoxsul var"-Xameneyinin müşaviri

2023.07.11, 10:39
"İranda 20 milyon yoxsul var"-Xameneyinin müşaviri

İranın rəhbəri Əli Xameneyinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədi ölkədə 20 milyin aztəminatlı insanın olduğunu deyib.

Gunaz.tv

Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

O, 20 milyon yoxsul insanın ölkə şəhərlərinin 2 min 20 məhəlləsində yaşadığnın və onların bir qısmının ifrat yoxsulluqdan əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, bir sıra rəsmi statistik məlumatlara əsasən ölkədə yoxsulluq səviyyəsi Ağaməhəmmədinin dediyindən də yüksəkdir.

İranın Peşə və Sosial İşlər Nazirliyi 2023-cü ilin yanvar ayının əvvəlində İran cəmiyyətinin yoxsulluq səviyyəsi barədə yaydığı hesabatda vətəndaşların üçdə birinin, təxminən 27 milyon nəfərin yoxsul olduğunu bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar