SON XƏBƏRLƏR

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

2023.07.12, 10:00
Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Böyük Britaniya hökuməti Ukraynaya daha bir yardım paketi ayırıb. Həmçinin, Böyük Britaniya və G7-nin digər üzvləri Ukraynaya yeni hərbi dəstək tranşı verəcəklər.

Gunaz.tv

Bu barədə “Reuters” xəbər verir.

Qeyd edilir ki, Britaniya hökuməti Ukraynada avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb.

Həmçinin, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7-nin digər üzvləri Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər.

Britaniya hökuməti açıqlamasında bu proqramların NATO-nun Ukraynaya hərtərəfli yardım paketi vasitəsilə maliyyələşdiriləcəyini bildirib.

Qeyd edək ki, G7-nin bütün üzvlərinin birgə bəyannamə imzalaması gözlənilir. Bu, müttəfiqlərin müharibəni dayandırmaq üçün növbəti illərdə Ukraynaya necə dəstək verəcəyini müəyyənləşdirəcək.

"Ukraynanın NATO-ya üzvlüyü istiqamətində inkişafın dəstəklənməsi, rəsmi, çoxtərəfli və ikitərəfli razılaşmalar və NATO üzvlərinin güzəştli dəstəyi ilə birlikdə Prezident Putinə (Rusiya Prezidenti Vladimir Putin-red) güclü siqnal verəcək və Avropaya sülhü qaytaracaq", - Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar