SON XƏBƏRLƏR

Molla rejimi İranda dağılan kəndlərin sayı açıqlandı

2023.07.12, 11:23
Molla rejimi İranda dağılan kəndlərin sayı açıqlandı

1979-cu il inqilabından sonra İranda 20500 kənd tamamilə dağıləb və əhalisi şəhərlərə köçmək məcburiyyətində qalıb.

Gunaz.tv

Bu barədə İranın Məsləhət Şurasının üzvü Əli Ağaməhəmmədi İran televizyasına müsahibəsində deyib.

"İnqilabın əvvəlində 60 min kəndimiz var idi, indi isə 39 min 500 kənd qalıb və onlardan 13 mininin gəlir çatışmazlıqları olduğuna görə dağılmaq təhlükəsilə üz-üzədirlər",- o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İranın energetika nazirinin parlament işləri və hüquqi məsələlər üzrə müavini Əhməd Heydəri ölkədə mövcud olan kəndlərin yarısının su böhranı ilə üzləşdiyini və bunun kəndlilərin mühacirətinə səbəb olacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, inqilabdan sonra Şərqi Azərbaycanda da yüzlərlə kənd dağılıb və hali başqa yerlərə köçmək məcburiyyətində qalıb.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari, Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyir. 

Hazırda əyalətdə 700 kəndin su çatışmazlığı ilə üzləşdiyinə görə, qarşıdakı illərdə daha çox kəndin əhalidən boşalacağı ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar