SON XƏBƏRLƏR

"Yəhudilərə qarşı hücumların arxasında İran dayanır"-Ceyk Bergman

2023.07.12, 11:40
"Yəhudilərə qarşı hücumların arxasında İran dayanır"-Ceyk Bergman

Amerikanın Nümayəndələr Palatasının üzvü Ceyk Bergman Bostonda yəhudilərə qarşı hücumların arxasında İranın olduğunu deyib.

Gunaz.tv

Məqsəd isə sosial qarşıdurmanın törədilməsi və Amerika qurumlarına etibarın azaldılmasıdır.

Xatırladaq ki, 1 il öncə tanınmayan bir qrup internet səhifəsi açaraq Amerikanın şərqində yerləşən Boston şəhərinin xəritəsi üzərində 497 mülki, hərbi, təhlükəsizlik mərkəzlərinin, habelə universitetlərin və bir neçə siaysətçinin yaşam yerinin dəqiq yerləşmələrini yayıb.

Həmin məkan və şəxsləri müstəmləkəçilik layihələrində “Fələstin müstəmləkəçiləri, sehyonistlər və Amerikanın müttəfiqləri” adlandırıb.

Həmçinin İrana bağlı “Pers TV” şəbəkəsi  qeyd olunan internet səhifəsi istifadəyə verilən kimi öz internet səhifəsində onlara himayə üçün bir məqalə dərc etmiş və bu barədə 30 dəqiqəlik televiziya proqramı da hazırlayıb yayıb.

Araşdırma qruplarından biri həmin plan barədə tədqiqat edərək İranın bu  terrorçu planın arxasında olduğu nəticəsinə gəlinib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar